“Qarabağ” - “Molde” oyununun biletləri satışa çıxarıldı

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

Klubun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VIP biletlərin qiyməti isə 200 manatdır.

Biletləri Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan, eləcə də “Iticket.az”ın satış məntəqələrindən əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Molde” matçı saat 20:45-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR