"Avropa İttifaqı Türkiyədən qopmaq istəyir".
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident bildirib ki, lazım gələrsə, Aİ ilə Türkiyənin yolları ayrıla bilər:
"Mənim dəyərləndirməyimi qəti olaraq bilmək istəyirsinizsə, deyə bilərəm ki, Avropa İttifaqı Türkiyədən qopmağa çalışır. Avropa İttifaqının Türkiyədən qopmaq üçün addımlar atdığı halda biz də bu inkişaflara qarşı qiymətləndirmə etdikdən sonra lazım gələrsə, onunla yollarımızı ayıra bilərik".