Astarada 40-a yaxın ailə evlərindən təxliyə olunub - YENİLƏNİB

Astara rayonunda sellə əlaqədar 40-a yaxın ailə evlərindən təxliyə olunub.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 200-ə yaxın fərdi evin həyətini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub. Subasmaya daha çox qəsəbənin Qurtuluş, Azadlıq, Sahib Kələntərov, Şəhid Baba Qasımov və Bəxtiyar Əliyev küçələrindəki həyətlər məruz qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilaesediciləri ərazidə təxliyə işlərini həyata keçirir və suyun əks axınını təmin etmək üçün işlər görülür.

09:37

Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

Metbuat.az xəbər verir ki, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda bölgədə intensiv yağış davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR