​Arda Turan tarix yazır - Dayandıra bilmirlər

Arda Turan ilk məşqçilik təcrübəsini keçirdiyi “Eyüpspor”la 2023-24 mövsümünə möhtəşəm başlanğıc edib.

Metbuat.az xəbər verir ki, Arda Turanın komandası ilk beş oyunda 5 qələbə qazanıb. Türkiyənin ikinci liqasında iştirak edən “Eyüpspor” ilk sırada qərarlaşıb. “Eyüpspor” 5 matçda topladığı 15 xalla yanaşı, 14 qol vurub, öz qapısından cəmi 2 top buraxıb.

Qeyd edək ki, ötən mövsüm “Eyüpspor” pley-off mərhələsində “Bodrumspor”a məğlub olaraq birinci liqaya yüksələ bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR