Arutyunyan separatçıların “dövlət naziri” oldu

Qarabağdakı separatçı rejimə "dövlət naziri"i təyin edilib.

Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, separatçıların "rəhbəri" Samvel Şahramanyan "Azad Vətən" fraksiyasının rəhbəri Artur Arutyunyanı "dövlət naziri" vəzifəsinə gətirib.

Məlumata görə, yeni "dövlət naziri" iqtisadi layihələrin həyata keçirilməsində tam iştirak edəcək, yəni ona yalnız maliyyə-iqtisadi bloka nəzarət həvalə olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı