Montella Türkiyənin təklifinə cavab verdi

Türkiyə millisinin baş məşqçi postuna namizədlər arasında olan Vinçenzo Montella təklifə cavab verib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib. İddiaya görə, Vinçenzo Montella Türkiyə Futbol Federasiyasından düşünmək üçün vaxt istəyib.

Xəbərin təfərrüatında deyilir ki, Montella, klubda işləməyə üstünlük verərdi, amma belə vacib milli komanda səni baş məşqçi istəyəndə fürsəti əldən vermək olmaz.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz postundan göndərilib. Vinçenzo Montella bundan əvvəl “Adana Dəmirspor”u çalışdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı