Kanada və Hindistan arasında diplomatik böhran

Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, Vankuverdə öldürülən Sih lideri Hardeep Singh Nijjarın qətlinin arxasında Hindistan hökuməti ola bilər.

Metbuat.az xəbər verir ki, bu açıqlamadan sonra Hindistan Kanadanın yüksək səviyyəli diplomatından 5 gün ərzində ölkəni tərk etməsini istəyib. Trüdo G20 Sammitində Hindistanın baş naziri Narendra Modi ilə görüşündə bu məsələni gündəmə gətirdiyini açıqlayıb.

İcmalar Palatasındakı çıxışında Trüdo bildirib ki, xarici hökumətin Kanada torpaqlarında Kanada vətəndaşının öldürülməsində iştirak etməsi suverenliyin pozulmasıdır.

Kanadanın xarici işlər naziri Melani Coli Trüdonun çıxışından sonra yüksək səviyyəli bir Hindistan diplomatını ölkədən çıxardıqlarını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı