Rusiya ilə dünyada yeni nizam qurmaq istəyirik - Çin

Çinin xarici işlər naziri Vanq Yi Rusiya ilə çoxqütblü və daha ədalətli dünya nizamının formalaşmasına töhfə verməyə hazır olduqlarını bildirib.

Metbuat.az xəbər verir ki, Moskvada səfərdə olan Vanq Yi bildirib ki, mövcud regional və beynəlxalq vəziyyət daimi təmas və fəaliyyətlərin əlaqələndirilməsini tələb edir. Rusiya ilə Çin arasında münasibətlərin yüksək dinamikasının ölkə liderləri sayəsində hər istiqamətdə qorunub saxlanıldığını qeyd edən Vanq, iki ölkə arasındakı münasibətlərin “əbədi dostluq”, “hərtərəfli strateji koordinasiya” və “qarşılıqlı faydalı əməkdaşlıq” çərçivəsində qurulduğunu bəyan edib.

Vanq, "Çin və Rusiya müstəqil xarici siyasət yürüdürlər. Bizim əməkdaşlığımız heç kimə yönəlməyib və digər ölkələrin təsiri altında deyil. Çin rusiyalı tərəfdaşları ilə birlikdə çoxtərəfli prinsiplərin qorunub saxlanmasına, çoxqütblü dünyanın formalaşmasına əvvəlki kimi töhfə verməyə hazırdır " deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı