"Azərbaycanın guya Rusiya sülhməramlılarına Qarabağda bugünkü antiterror əməliyyatı ilə bağlı öncədən xəbər verməsi barədə KİV-də məlumatlar var. Bu, düz deyil. Azərbaycan əməliyyatlar barədə məlumatı bir neçə dəqiqə qalmış Rusiya kontingentinə çatdırıb”.
Metbuat.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova öz “Telegram” kanalında yazıb.