Qəzalı vəziyyətdə olan ərazidə nəqliyyatın hərəkəti bərpa olunub - FOTO

Astara rayonunda yağan güclü yağış nəticəsində yaranan sel sularının qəzalı vəziyyətə saldığı körpünün yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Metbuat.az-a verilən məlumata görə, 8 metr uzunluğa malik körpü Pensər-Toradi avtomobil yolunun 1-ci km-də yerləşir. Təbii fəlakət nəticəsində avtomobil yolu ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranmışdı.

Yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunmuşdu. Qısa müddət ərzində qəzalı vəziyyətə düşmüş körpüdə müvəqqəti piyada yolu açıldı.

Daha sonra nəqliyyat vasitələrə üçün alternativ yolun salınması işlərinə başlanıldı. Bunun üçün əraziyə xüsusi borular gətirildi. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti üçün yeni yol hissəsi salındı.

Qeyd edək ki, Astara rayonunda sel sularının problemlər yaratdığı digər yollarda da hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı