Ermənistan tərəfinin iddiaları əsassızdır - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Qarabağ məsələsi ilə bağlı Rusiyaya qarşı ittihamlarına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o bəyan edib ki, Ermənistanın Rusiyaya qarşı ittihamları tamamilə əsassızdır. Onun sözlərinə görə, Azərbaycanın hüquqi baxımdan özünə aid olan ərazilərdə fəaliyyət göstərməsindən söhbət gedir. Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağ məsələsi ilə bağlı üçtərəfli sazişlərə diqqət çəkən Peskov bildirib ki, bu sənədlər Ermənistan tərəfinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması deməkdir.

"Biz, xüsusən də Ermənistan tərəfinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı rəsmi qərarından sonra bizə qarşı bu cür qınaqları qəbul etmirik. Bizə qarşı bu cür ittihamlar tamamilə əsassızdır” – Peskov deyib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR