Sülhməramlıların 5 avtomobili Gorus-Xankəndi istiqamətində hərəkət edib

Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin 5 avtomobili Gorus-Xankəndi istiqamətində hərəkət edib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, 20.09.2023-cü il tarixdə Laçın DSBM-dən Gorus-Xankəndi istiqamətində 5 nəqliyyat vasitəsinin (2 NV un, 1 NV benzin, 1 NV Dizel yanacağı, 1 NV heyət) və 13 nəfər Rusiya Federasiyası sülhməramlı kontingentinin dövlət sərhədindən hərəkəti qeydə alınıb.

Bu, bir daha göstərir ki, Laçın yolu açıqdır, heç bir blokada yoxdur. Rusiya sülhməramlılarının da sərbəst hərəkəti üçün lazımı şərait mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı