İşdən çıxarılan qadın lotereya aldı - 109 milyonluq cekpot qazandı

Fransada bir müddət əvvəl işdən çıxarılan qadın lotereyadan 109,3 milyon avroluq cekpot qazanıb.

Metbuat.az xəbər verir ki, Fransanın milli lotereya oyunlarının operatoru FDJ-nin verdiyi açıqlamaya görə, Morhiban şəhərində yaşayan qadın “Euromillions” lotereyasından bilet alıb.

Adının açıqlanmasını istəməyən və 50 yaşında olduğu deyilən qadın biletini yoxlayanda lotereyada udduğunu müşahidə edib. Əvvəlcə mükafatın nə qədər olduğundan xəbəri olmayan şanslı qalib onlayn araşdırmasında ümumilikdə 109 milyon 268 min 140 avro qazandığını öyrənib.

Qadın iş stresindən uzaqlaşacağını, qazandığı pulla vəqf fəaliyyətlərinə qatılacağını, arzuladığı evi aldıqdan sonra səyahətə çıxacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı