Pakistandan Qarabağ barədə açıqlama

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Beluç ölkəsinin Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını bir daha bəyan edib.

Metbuat.az xəbər verir ki, Beluç İslamabadın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edib. O bildirib ki, Pakistanın mövqeyi beynəlxalq hüquqa, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qərarlarına uyğundur. Mümtaz Zehra Beluçun sözlərinə görə, Azərbaycanın suverenlik və ərazi bütövlüyü ilə bağlı qanuni tələbi bütün tərəflər tərəfindən qəbul edilməlidir. Beluç bildirib ki, Pakistan Azərbaycan ərazisində baş vermiş mina partlayışları nəticəsində həyatını itirənlərə görə Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı