Gələn il dövlət büdcəsinin kəsiri 2,6 mlrd. manat proqnozlaşdırılıb

2024-cü ildə dövlət büdcəsinin kəsiri 2 milyard 590,0 milyon manat proqnozlaşdırılıb.

Metbuat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bunun da 1 milyard 854,4 milyon manatının (71,6 faiz) borclanma, 448,0 milyon manatının (17,3 faiz) 2024-cü ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı, 105,0 milyon manatının (4,1 faiz) özəlləşmədən daxilolmalar və 182,6 milyon manatının (7,1 faiz) «Avtomobil Yolları» Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı (həmin Fondun kəsirinin bağlanması daxilində) hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı