Bu gün axşam saatlarından sentyabrın 23-ü günün birinci yarısınadək Binə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd edilib ki, bu, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.