Kriştiano Ronaldonun Portuqaliya ilə 2026-cı il dünya çempionatına hazırlaşdığı bir vaxtda “Əl-Nassr”da qalmaq, yoxsa Avropaya qayıtmaq istəməsi müzakirə edilir.
Metbuat.az xəbər verir ki, adı “Fənərbaxça” ilə də hallanan Ronaldonun “Əl-Nəssr”də qalacağı irəli sürülür. İtalyan insayder Fabrizio Romano Səudiyyə Ərəbistanı Pro Liqasına yaxın mənbələrə istinadən bildirib ki, Ronaldo “Əl-Nəssr”lə müqavilə yeniləmək istəyir. Tərəflər arasında danışıqların aparıldığı deyilir. Bildirilir ki, Ronaldonun müqaviləsi 2025-ci ildə başa çatır. Futbolçu klubu ilə daha iki illik müqavilə imzalaya bilər.
Qeyd edək ki, Ronaldonun adı “Fənərbaxça” ilə hallansa da, baş məşqçi Joze Mourinyo iddiaları rədd etmişdi.