"Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan qərbyönlü lobbi var" - Lavrov

Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan ən güclü qərbyönlü lobbi mövcuddur.

Metbuat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş Assambleyasının 78-ci sessiyasıdakı çıxışında bildirib.

“Keçmiş Sovet İttifaqının bir sıra digər ölkələrində olduğu kimi, Ermənistanda da qeyri-hökumət təşkilatlarının bir təbəqəsi ilə təmsil olunan, o cümlədən bir çox Qərb fondları vasitəsilə ABŞ-nin maraqlarını təbliğ edən güclü lobbi var. Bu işdə kimin maraqlı olduğunu və kimin rəhbərlik etdiyini bilirik", - nazir əlavə edib.

Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi qərbyönlü lobbi tərəfindən süni şəkildə qaldırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı