Almaniya Ukraynaya pilotsuz uçan aparatlar verəcək

Almaniya Müdafiə Nazirliyi Ukraynaya 50 pilotsuz uçan aparat tədarük etmək niyyətində olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Bundesverin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Cihazların ilk partiyası ən qısa zamanda Ukraynaya göndərilməlidir.

Bundan əlavə, Berlin Kiyevə təxminən 400 milyon avro dəyərində geniş dəstək paketi vəd edib. Buraya “Gepard” özüyeriyən zenit qurğusu, IRIS-T orta mənzilli raketləri, hərbi nəqliyyat maşınları üçün ehtiyat hissələri, həmçinin mərmilər, minalar və digər zirehli texnikalar daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı