Rusiya taxıl anbarını bombaladı

Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Komandanlığı açıqlama verib. Bildirilib ki, hücumlar PUA-larla və raketlərlə təşkil edilib. Rusiya ordusunun hücumlarda 12 "Kalibr" qanadlı raketindən və 19 PUA-dan istifadə etdiyi bildirilib. Bir neçə PUA və "Kalibr" raketi Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə vurulub. Açıqlamaya görə, Rusiya qüvvələri Odessa vilayətinin liman infrastrukturuna zərbələr endirib.

Odessa dəniz terminalına xeyli ziyan dəyib.Taxıl anbarlarının “Onisk” raketləri ilə dağıdıldığı və hücumda xəsarət alanın olmadığı bəyan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı