ABŞ-dakı lobbi Paşinyanın ölüm əmrini verdi

ABŞ-ın ən böyük erməni lobbisi olan Amerika Erməni Milli Komitəsinin Vaşinqton direktoru Aram Suren Hamparyan sosial mediada Ermənistanın baş naziri Nikol Paşinyanın mühafizəçilərinə çağırış edib.

Metbuat.az xəbər verir ki, paylaşımda Paşinyana qarşı sui-qəsd edilməsini də əhatə edən çağırışlar var. Aram Suren Hamparyan Qarabağdakı hadisələrə Ermənistanın müdaxilə etməməsinə görə Paşinyanı qınayıb. Hamparyan paylaşımında qeyd edib ki, Paşinyanın mühafizəçiləri pul kisəsi haqqında düşünməkdənsə, vicdanlarına qulaq asaraq hərəkət etməlidir. Lakin Hamparyanın bu çağırışı birmənalı qarşılanmyıb və bəzi ermənilər Hamparyanı tənqid ediblər. “Qarabağın sülh yolu ilə həlli üçün əlindən gələni edən Paşinyana qarşı təxribatçı eyhamlar edirsiniz” - deyə istifadəçilər etirazlarını qeyd ediblər.

Qeyd edək ki, Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə cəhd, baş nazir və hökumət üzvlərinə sui-qəsd törətmək iddiası ilə 8 nəfər saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı