Rusiyanın muzdlulardan ibarət “Vaqner” qrupu fəaliyyətini davam etdirdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, sosial media hesabında “Vaqner Qrupunun Mətbuat Xidməti” adından verilən açıqlamada bildirib ki, muzdlu döyüşçü qrupu Afrika və Belarusda fəaliyyətini davam etdirir. Açıqlamada deyilir ki, şirkətin bağlanmasından söhbət gedə bilməz. Özəl hərbi şirkətin komandanlığı hələ də ona verilən bütün vəzifələri yerinə yetirir və şirkəti idarə edir.
Qeyd edək ki, bir müddət əvvəl “Vaqner” Rusiya iqtidarına qarşı üsyan başlatmış, lakin Belarusun vasitəçiliyi gərginlik səngimişdi.