Ağdərənin mərkəzində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

Keçmiş Ağdərə rayonunun mərkəzində Azərbaycan bayrağı qaldırılıb.

"Report"a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

“Hazırda düşmən bayrağı endirildi, Azərbaycanın üçrəngli bayrağı dalğalanmaqdadır”, - deyə hərbçilərdən biri qeyd edib.

Bayraq qaldırıldıqdan sonra hərbçilər “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR