Türkiyə sərhədində yeni dövlət quruldu - İDDİA

ABŞ Fəratın şərqində kürd yarımdövləti quraraq Suriyanın sərvətini qaçaqmalçılıq yolu ilə daşıyır.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. Rusiyanın Suriya məsələsi ilə bağlı Astana formatı çərçivəsində Türkiyə və İranla çalışdığını deyən Lavrov bildirib ki, Qərbin sanksiyaları səbəbindən Suriya iqtisadiyyatında ciddi problemlər davam edir.

ABŞ-ın Fəratın şərqindəki hərəkətlərinin iqtisadiyyata mənfi təsir etdiyinə diqqət çəkən Lavrovun sözlərinə görə, ABŞ Fəratın şərqində mahiyyət etibarı ilə Kürd yarımdövləti yaradıb və Suriya neftini, taxılını qaçaqmalçılıq yolu ilə daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı