"Vulverhempton"un müdafiəçisi Azərbaycan klubunda - RƏSMİ

"Səbail" klubu yeni transferini açıqlayıb.

Metbuat.az xəbər verir ki, "dənizçilər" fransalı müdafiəçi Silvayin Deslandeslə cari mövsümün sonunadək müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu karyerası ərzində “Vulverhempton”, “Portsmut” (İngiltərə), “Cumila” (İspaniya), “Arqes” (Rumıniya), “Debretsen” (Macarıstan) klublarında çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR