Pirlo özünə bənzəmir - Klubdan qovulur

"Sampdoria"nın baş məşqçisi Andrea Pirlo klubdan qovula bilər.

Metbuat.az xəbər verir ki, "Sampdoria"nın ardıcıl məğlubiyyətlərindən sonra klub rəhbərliyi onu vəzifəsindən göndərməyi nəzərdən keçirir. “İstanbul Karagümrük”dən ayrılandan sonra ölkəsinə qayıdaraq "Sampdoriya"ya imza atan Andrea Pirlonun yeni macərası yaxşı alınmayıb. B Seriyasına 3 xalla başlayan, lakin qarşıdakı 6 matçda qalib gələ bilməyən “Sampdoriya” sonuncu yerlərdə qərarlaşıb. “Sampdoriya” azarkeşləri Pirlonu əvəzinə Cüzeppe İaçininin baş məşqçi təyin olunmasını tələb edir.

“Samdoriya”da 7 matç keçirən Andrea Pirlo 4 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə ilə 17-ci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı