Əliyev iki qitənin taleyini necə dəyişdi? - Naxçıvandan verilən mesajın detalları

Dünya mətbuatı Azərbaycanın Qarabağda 24 saat ərzində qələbə ilə nəticələnən antiterror tədbirlərindən yazarkən ABŞ-ın “Forbes” jurnalı bölgədəki hadisələrlə bağlı məqalə yayımlayıb.

Metbuat.az xəbər verir ki, təhlildə bildirilir ki, Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi türkçülüyün həm mədəni, həm də kimlik ölçülərində canlanmasına səbəb olacaq. Müəllif qeyd edir ki, Zəngəzur dəhlizinin açılması və regiondakı digər hadisələr qlobal maraqların Türkiyənin nəzarətinə keçdiyini ortaya qoyur. Həmçinin qeyd edilir ki, Qərb ölkələrinin neft və təbii qaza olan ehtiyacları Rusiya-Ukrayna müharibəsindən sonra Türkiyədən qarşılanmağa başlayandan sonra Türkiyə həlledici region ölkəsinə çevriləcək. Təhlildə qeyd edilir ki, Qarabağda antiterror tədbirlərində qalib gələn Azərbaycan və Türkiyə əməkdaşlığı qlobal ticarət şəbəkələri tərəfindən də yaxından izlənilir. Müəllif qeyd edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı yenidən gündəmə gələn Zəngəzur dəhlizi qlobal nüfuz dairələrin də gündəmindədir. Müəllif yazır ki, Azərbaycanın Qarabağda qalib gəlməsi Çinə qədər olan coğrafiyada bütün güc balansını dəyişəcək.

Zəngəzur dəhlizinin birbaşa Türkiyədən Azərbaycana, oradan da Orta Asiya və Çindəki türk dünyasına çatacağını bildirən “Forbes” dəhlizin böyük əhəmiyyət daşıdığını qeyd edib. Zəngəzur dəhlizinin açılması ilə tarixi İpək marşrutunun canlanacağı qeyd edilib. Məqalədə Qərbin artıq bir çox məsələlərdə söz sahibi olmadığı xatırladılıb və Rusiya neftinin Bakı və Ankara üzərindən daşınacağına qeyd edilib. Müəllif qeyd edir ki, Qərbin asılı olduğu Çin mallarının daşınması Azərbaycan və Türkiyə başda olmaqla türk respublikalarının nəzarətinə keçəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı