Baydenə qarşı impiçment təhqiqatı ilə bağlı iclas keçirildi

ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Co Baydenə qarşı impiçment təhqiqatı ilə bağlı iclas keçirilib.

Metbuat.az xəbər verir ki, Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində keçirilən ilk iclasda respublikaçılar Bayden ailəsinin, xüsusən də oğlu Hunter Baydenin Ukrayna, Çin və Rumıniyada yerləşən biznes sövdələşmələri ilə bağlı korrupsiya iddialarını gündəmə gətiriblər. Respublikaçıların iddiasına görə, Baydenin ailə üzvləri nüfuzundan sui-istifadə edərək əcnəbilərin iştirakı ilə işgüzar sövdələşmələrdə imtiyazlar əldə ediblər.

Bununla bağlı Baydenin oğlunun əldə etdiyi əsassız gəlirlərə dair iddialar irəli sürülüb. Demokratlar isə bu iddiaların əsassız olduğunu irəli sürüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı