Xaçatryanın səssizliyi erməniləri qəzəbləndirdi

Ermənistan prezidenti Vaaqn Xaçatryanın Qarabağda baş verən hadisələrə reaksiya verməməsi erməniləri qəzəbləndirib.

Metbuat.az xəbər verir ki, “Joqovurd”un məlumatına görə, o, Qarabağda baş verənlərdən narahat deyil.

Qəzet yazır ki, Ermənistan prezidentinin rəsmi saytında onun fəaliyyəti ilə bağlı sonuncu məlumat sentyabrın 21-də Ermənistanın Müstəqillik gününü təbrik edən zaman olub: "Prezident sentyabrın 26-dək səssizliyini pozmayıb. Bu gün isə Çin səfiri ona etimadnaməsini təqdim edib və o, Çin səfirliyində olub. Xaçatryan dünən Çin prezidentini təbrik edib".

Nəşrin məlumatına görə, son 1 həftə ərzində Qarabağda baş verən hadisələrə Ermənistan prezidentinin reaksiya verməməsi tənqid edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı