Yevlaxda aşan "Porsche"dəki qadınların adları açıqlandı - VİDEO

Daxili İşlər Nazirliyi Yevlax rayonu ərazisində "Porsche" markalı avtomobilin qəza törətməsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Day.Az-a bildirib ki, bu gün saat 13 radələrində Xaldan-Şəki-Zaqatala yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini S.İbrahimova "Porsche" markalı avtomobillə hərəkət olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarına aşırıb. Nəticədə avtomobildə olan iki sərnişindən biri A.Məmmədzadə xəsarətlər alaraq xəxtəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR