Azərbaycan XİN Türk dünyasını təbrik etdi - FOTO

“14 il əvvəl bu gün Naxçıvan sazişi imzalandı. Bu saziş sonradan Türk Dövlətləri Təşkilatının (TDT) əsası oldu”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

“Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibəti ilə qardaş türk dünyasını səmimi qəlbdən təbrik edirik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Naxçıvan anlaşması 2009-cu il oktyabrın 3-də IX Türkdilli ölkələr dövlət başçılarının Zirvəsində imzalanıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin imzaladığı sənədə əsasən TDT yaranıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR