​Rusiyanın yeni səfərbərlik planı yoxdur - Şoyqu

Rusiyanın yeni səfərbərlik planı yoxdur.

Metbuat.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu belə açıqlama verib. Şoyqu nazirlikdə rəsmilərlə görüşdə Ukraynadakı münaqişələr barədə məlumat verib. O bildirib ki, ilin əvvəlindən 335 min nəfər müqavilə və könüllü olaraq Rusiya ordusuna xidmətə gedib. Rus qoşunlarının fəal hərəkətlərinin Ukrayna ordusunun döyüş potensialına ciddi ziyan vurduğunu iddia edən Şoyqunun sözlərinə görə, Cənub qrupunun bölmələri Soledar-Baxmut istiqamətində bütün hücumları dəf edib.

Şoyqu bəyan edib ki, Ukrayna ordusunun digər istiqamətlərdəki hücumları da Rusiya qoşunları tərəfindən uğurla dəf edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı