Mənsum İbrahimov şəhid qardaşıoğlundan danışdı: "Toyuna hazırlaşırdıq" - VİDEO

"Xəzər axşamı" proqramında təsirli anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, efirdə Xalq artisti Mənsum İbrahimovun II Qarabağ müharibəsi şəhidi, qardaşıoğlu İsrafil İbrahimovun rəsmi nümayiş olunub.

Tablonu Murad adlı gənc rəssam çəkib. Qardaşı oğlunun fotosunu görən Mənsum İbrahimov kövrəlib.

O İsrafilin II Qarabağ müharibəsində göstərdiyi şücayətindən danışıb. Xanəndə bildirib ki, onlar ailəliklə 23 yaşlı İsrafilin toyuna hazırlıq görürmüşlər:

"İsrafilin timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onun 23 yaşı var idi. Toyuna hazırlaşırdıq. Portreti də eynidir, çox oxşayır. 30 gün düşmənlə üz-üzə qaldı. Yüzlərlə şahidimizin qisasını aldı. Əvvəl tara getdi, sonra dedi mən idman istəyirəm. Daha sonra hərbiyə maraq göstərdi. Döyüşə də könüllü getmişdi. Laçın ərazisində şəhidlik zirvəsinə ucaldı".

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı