Azərbaycanın investisiya şirkətləri aktivlərini 13% artırıblar

Bu ilin I yarısında Azərbaycanda investisiya şirkətlərinin aktivləri ilin əvvəli ilə müqayisədə 13 % artaraq 122 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, yanvar-iyun aylarında investisiya şirkətlərinin öhdəlikləri isə 16 % artaraq 80 milyon manata, balans kapitalı isə 7,7 % artaraq 42 milyon manata çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı