“Real Madrid”in futbolçusu Arda Güler həm zalda həm də fərdi məşqlər edir.
Metbuat.az xəbər verir ki, bu barədə klubun açıqlamasında deyilir. Bildirilir ki, Ardanın ikinci zədədən sonra sağalma prosesi plan üzrə gedir. Məlumata görə, məşqçilər heyəti onu meydana qaytarmaq üçün tələsmir.
Qeyd edək ki, Arda Güler ikinci dəfə əzələsində problem yaşayıb. Onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi. Məlumata görə, məşqçilər heyəti onun sağalması üçün xüsusi proqram hazırlayıb. İspaniya mediası Ardanın zədədən qayıdandan sonra icarəyə göndəriləcəyini yazır.