Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin həcmi 600 mln. dolları ötüb

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 612 milyon 870 min dollar təşkil edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.6% və ya 87 milyon 133 min dollar artıb. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 525 milyon 737 min dollar təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Gürcüstana ixracın həcmi 18.5% artaraq 528 milyon 527 min dollara, Gürcüstandan Azərbaycana idxalın həcmi isə 5.8% artaraq 84 milyon 342 min dollara bərabər olub.

Əlavə edək ki, Gürcüstan Azərbaycanın qeyri-neft məhsulu ixrac etdiyi ölkələr sırasında 3-cü yerdədir. Belə ki, bu dövrdə Azərbaycandan Gürcüstana 219 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı