​Cənubi Koreyada prezident böhranı

Cənubi Koreyada prezidentin səlahiyyətlərini icra edən baş nazir Han Duk Su istefaya göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Assambleyada səsvermə keçirilib. Bildirilir ki, hərbi vəziyyət elan etdiyi üçün prezident vəzifəsindən uzaqlaşdırılan Yun Suk Yeolun səlahiyyətini baş nazir Han Duk Su icra edib. Lakin onun istefaya göndərilməsi üçün Milli Məclisdə səsvermə keçirilib. Səsvermədə iştirak edən 192 deputatın hamısı Han Duk Sunun istefaya göndərilməsini tələb edib. Beləliklə, ölkə tarixində ilk dəfə olaraq parlament tərəfindən prezidentin səlahiyyətini icra edən şəxs vəzifəsindən azad edilib.

Qeyd edək ki, Hanın vəzifədən uzaqlaşdırılması təklifini müxalifətdə olan Demokratik Partiyası təqdim edib. Bildirilir ki, buna səbəb Hanın siyasi partiyalar konsensusa gələnə qədər keçmiş prezident Yoonun impiçmenti ilə bağlı işə baxacaq Konstitusiya Məhkəməsinə hakimlərinin planlaşdırılmış təyinatını etməyəcəyini açıqlamasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı