ABŞ İsrail Ordusuna yardım göndərir

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə yenidən telefonla danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Telefon danışığında ABŞ administrasiyasının İsrail Müdafiə Qüvvələrinə yardım göndərdiyi bildirilib.

"Prezident Bayden ABŞ-nin son 24 saat ərzində İsrailə dəstək məqsədilə həyata keçirdiyi intensiv diplomatik işlər barədə Baş nazirə məlumat verdi. Prezident həmçinin bildirib ki, hazırda İsrail Müdafiə Qüvvələri üçün əlavə yardımlar göndərilir və proses davam etdirilir. İki lider qarşıdakı günlərdə də daim əlaqəda olmacaqlarını bildiriblər", - deyə açıqlamada vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı