​“Real”da Mbappeyə qarşı üsyan - Gəlsə, bu ulduz gedəcək

"Real Madrid"in futbolçusu Vinisius Junior Kilian Mbappenin transferinə qarşı çıxıb.

Metbuat.az xəbər verir ki, Vinisius Mbappenin gələcəyi təqdirdə onun klubdakı liderlik funksiyasına sahib olacağını hesab edir. İspaniya mediasının iddiasına görə, Vinisius Kilianı özünün klubun əsas lideri olmasına maneə hesab edir.

Bundan əlavə, Vinisius Mbappenin “Real” transfer olacağı təqdirdə “Qızıl top”u qazanmaq şansının azalacağını hesab edir. İddia edilir ki, braziliyalı futbolçu Mbappenin transfer olacağı təqdirdə başqa kluba transfer olmağı nəzərdən keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR