Goranboyda evə girən oğrular ər və arvadı döydü

Goranboyda evə girən oğrular ər və arvadı döyüb.

Metbuat.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib.

Xəsarət alan 1951-ci il təvəllüdlü Verdiyev Səməd Həmid oğlu və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Verdiyeva Sədaqət Ədil qızı xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.

Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüb.

Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğrurlayıblar.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı