Rusiya Prezidenti Vladimir Putin İsrail-Fələstin müharibəsi barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, İsrail-Fələstin münaqişəsi ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğunun nümunəsidir. Putinin sözlərinə görə, ABŞ Yaxın Şərqdəki siyasəti ilə regiona təkbaşına nüfuzlu olmağa çalışıb. Putin həmçinin bildirib ki, Fələstin dövlətinin qurulması “zərurət”dir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasındakı müharibə ilə əlaqədar fövqəladə iclasında birgə bəyanat üçün tələb olunan yekdilliyə nail olunmamışdı. Bir sıra ölkələr HƏMAS-ın hücumlarını pisləsə də, bəzi ölkələr qınama qərarı ilə razılaşmayıb. Bu ölkələr arasında BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiyanın da olduğu bildirilib.