Şuşaya gedən Hakan Fidandan maraqlı addım - FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşaya avtomobili özü sürüb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, türkiyəli nazir Füzuli hava limanına gəldikdən sonra Şuşaya avtomobili özü idarə edərək gedib.

Onun idarə etdiyi avtomobildə azərbaycanlı həmkarı Ceyhun Bayramov da əyləşib.

Qeyd edək ki, Hakan Fidan Şuşada təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin 27-ci Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı