Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Elnur Cəfərovun atası vəfat edib.

Metbuat.az xəbər verir ki, şəhidin atası Cəmiyyət Cəfərov ötən gün dünyasını dəyişib. O, Füzuli rayonunda dəfn edilib.

Qeyd edək ki,1998-ci il təvəllüdlü Elnur Cəfərov müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib və 2020-ci ilin 3 oktyabrında Füzuli uğurnda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR