Suriyadan İsrailə hücum edildi

Suriyadan İsrail ərazisinə artilleriya zərbələri endirilib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlama verilib. Bildirilib ki, Suriyadan İsrailə çox sayda top atışı həyata keçirilib. Açıqlamada top mərmilərinin bir hissəsinin İsrail ərazisinə çatdığı və açıq ərazilərə düşdüyü qeyd edilib.

İsrail qüvvələrinin Suriya ərazisindən atəş açılan məntəqələrə artilleriya və minaatan atəşi ilə cavab verdiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR