"Kəpəz" heyətinə yeni legioner cəlb edib.
Metbuat.az xəbər verir ki, klub portuqaliyalı İqor Rodriqeslə mövsümün sonuna kimi müqavilə bağlayıb.
Qolkiperin son klubu ölkəsində “Feyrense” olub. 28 yaşlı qapıçı Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klubunda oynayıb.