Qusarda üç qardaş zəhərləndi, ikisi öldü - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Qusar rayonunda 3 nəfər zəhərlənib.

Hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Mənzildə kirayədə yaşayan Cəlilabad rayon sakinləri Şamil, Sabir və Sakit Zeynalov qardaşları zəhərləniblər. Nəticədə Sabir və Sakit Zeynalovlar ölüb. Şamil Zeynalov isə xəstəxanaya yerləşdirilib. Onların göbələkdən zəhərləndikləri iddia edilir.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb. AQTA-dan verilən məlumata görə, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Ətraflı "Xəzər Xəbər"in videosunda.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR