Çin qırıcıları Kanada təyyarəsinə müdaxilə etdi

Çin döyüş təyyarələri Şərqi Çin dənizi yaxınlığında Kanadanın kəşfiyyat uçuşlarına müdaxilə ediblər.

Metbuat.az xəbər verir ki, Kanada təyyarələri Şimali Koreyaya qarşı sanksiyaları təqib edirmiş. “CBC News”un məlumatına görə, insident zamanı təyyarədə jurnalistlər, həmçinin Birinci Hava Bölməsinin komandiri general-mayor İain Huddleston olub. "Biz tamamilə beynəlxalq hava məkanındayıq" deyən Huddleston, Çin döyüş təyyarələrinin Kanadanın Şərqi Çin dənizi yaxınlığında kəşfiyyat uçuşlarına müdaxilə etməsini əsassız hesab edib. Huddleston, "Digər təyyarələrlə yaxın formada uça bilərik və tamamilə təhlükəsiz ola bilərik. Bununla belə, bir təyyarə başqalarının yaxınlığında aqressiv manevrlər etdikdə təhlükəsizlik problemi yaranır" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı