Vaqif Xaçaturyanın qətlə yetirdiyi sakinlərin adları AÇIQLANDI

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım zamanı erməni terrorçu Vaqif Xaçatryanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Vaqif Xaçatryanın ittiham aktında qeyd olunub .

İttihamda göstərilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti və ağır texnikasinın dəstəyi ilə Meşəli kəndinə basqın edərək evlərə və küçələrə hücum edib. Onlar kənd sakinləri 1936-cı il təvəllüdlü Quliyev Qədimi, 1936-ci il təvəllüdlü Quliyeva Ruba Hacı qızını, 1903-cü il təvəllüdlü Quliyev Mətləb Qənimət oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızını, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızını, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızını, 01 iyul 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Sadıqova Qönçə Məmmədbağır qızını, 01 iyul 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 01 iyul 1936-ci il təvəllüdlü Nurməmmədova Pakizə İslam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nəbi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 01 iyul 1938-ci il təvəllüdlü Kazımov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 01 iyul 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 01 iyul 1929-cu il təvəllüdlü Qasımov Ənvər Bahadur oğlunu, 01 iyul 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon polis şöbəsinin Meşəli polis bölməsinin polis (milis) serjantları, 1969-cu il təvəllüdlü Quliyev İsmayıl Qənimət oğlunu, 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR