Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə Slovakiyanın Alyansdakı səfiri Peter Batorla görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" hesabında bildirib.
Onun sözlərinə görə görüşdə Azərbaycan -NATO tərəfdaşlığı, enerji təhlükəsizliyi, Həmrəylik Halqası, həmçinin regiondakı son vəziyyət müzakirə olunub.