Hakan Fidandan açıqlama - Daha böyük müharibələr ola bilər

Livana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Türkiyə İsrail-Fələstin müharibəsinin region ölkələrində, xüsusilə Livan, Misir və İordaniyada sabitliyin pozulmasına gətirib çıxarmasının qarşısını almaq çalışır. Hakan Fidanın sözlərinə görə, İsrail-Fələstin münaqişəsi daha böyük müharibələrə gətirib çıxa bilər, tarixi sülh də yarana bilər:

“Hegemon güclərin bizə medianın gücü ilə bağlı problemin əsl mahiyyətini unutdurduğunun şahidi oluruq, buna son qoymağın vaxtı çatıb. Siz kiminsə torpağını işğal edirsiniz. Evini müsadirə edirsən, çölə atırsan, kimisə gətirib ora qoyursan, ona “müsəlman” deyirsən. Buna oğurluq deyilir. Türkiyə tarixi keçmişi olan güclü və təcrübəli dövlətdir. Zəhmət olmasa xəbərdarlıqlarımıza diqqət yetirin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı